Peyğəmbərin doğum günü ilə əlaqədar bu ölkədə işlər dayandırılacaq
İordaniyanın Baş nazir Bişer Xasavne, 16 Sentyabr Bazar ertəsi günü Peyğəmbərin doğum günü ilə əlaqədar işlərin dayandırılacağını açıqlayıb.
Baş nazir açıqlamasında bütün nazirliklərin, rəsmi idarələrin, dövlət qurumlarının, universitetlərin, bələdiyyələrin, Birləşmiş Xidmətlər Şuralarının, Böyük Amman bələdiyyəsinin və dövlət şirkətlərinin 1446-cı il Rabi əl-əvval ayının on ikinci gününə təsadüf edən bu gün fəaliyyətlərini dayandıracaqlarını ətraflı şəkildə bildirib.
Bəyanatda işi daimi fəaliyyət tələb edən təşkilatlar üçün istisnalar edilib.
Xasavne bütün müvafiq qurumları bu günün əhəmiyyətini vurğulayaraq bu hadisəni müvafiq olaraq qeyd etməyə çağırıb.
KARUSEL / DÜNYA
Tarix: 4-09-2024, 15:02