“Bebinca” qasırğası Çinin Şanxayına çatıb
Bu ilin sayca 13-cü tayfunu olan Bebinka bazar ertəsi səhər Şanxaya çatıb.
Şanxay mərkəzi meteoroloji rəsədxanasının məlumatına görə, küləyin maksimum gücü mərkəzinə yaxın saniyədə 42 metrə çatan tayfun Pudonq rayonunun Linqanq bölgəsində sahilə çırpılıb.
Çinin Sinxua Xəbər Agentliyi xəbər verir ki, Bebinca son 75 ildə Şanxaya enən ən güclü qasırğadır.
Bazar günü Çindəki Daşqınlara Nəzarət və Quraqlığa Yardım Qərargahı şərqi Çinin Anhui əyaləti üçün IV səviyyəli fövqəladə hallara reaksiyanı aktivləşdirdi və Şanxay və Zhejiangda cavabı III səviyyəyə qaldırıb.
Çində dörd səviyyəli, rəng kodlu hava xəbərdarlığı sistemi var, qırmızı ən şiddətli xəbərdarlığı təmsil edir, ondan sonra narıncı, sarı və mavi gəlir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 16-09-2024, 09:54