mobil versiya

Çinin Şandun əyalətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 21-ə çatıb




Bazar günü Çinin Şandun əyalətində baş verən 5,5 bal gücündə zəlzələdən sonra bölgədə xəsarət alanların sayı 21 nəfərə çatıb.
CNN xəbər verir ki, zəlzələ bu gün səhər saatlarında yerli vaxtla saat 2:33-də Şərqi Çinin Pingyuan qraflığında baş verib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi xəbər verir ki, zəlzələnin baş verdiyi yerin 10 km dərinliyi qeydə alınıb.
Rəsmilərə görə, yaralananların Dezhou və Liaocheng şəhərlərindən olduğu bildirildi. Zəlzələ nəticəsində maddi dağıntıların da olduğu bildirilir. Bu gün səhər saatlarında Pekin Dəmir Yolu 60-dan çox qatarın hərəkətini ləğv etdiyini açıqlayıb. Dövlət televiziyası CCTV-yə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 126 evin dağıldığı bildirilir. Təcili xilasedicilərdən ibarət qruplar göndərilib. Pekin Bələdiyyə Zəlzələ Bürosunun məlumatına görə, episentrdən 300 kilometrdən çox məsafədə yerləşən Çinin paytaxtı Pekində bir gecədə titrəyişlər yaşanıb. Zəlzələnin episentri Şandunq əyalətinin Dejoucity şəhərindən 26 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xilasetmə əməliyyatı davam etdiyi üçün əlavə təfərrüatlar gözlənilir.

KARUSEL / DÜNYA
Tarix: 7-08-2023, 15:35