mobil versiya

Gömrükçülər psixotrop maddə və narkotik vasitə aşkar edib




Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “yuyucu toz” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı yük nəqliyyat vasitəsindən iki ədəd sellofan paketdə ümumi təmiz çəkisi 996,814 qram psixotrop maddə - metamfetamin, 7,250 qram qurudulmuş marixuana, sürücünün üzərində aparılan şəxsi yoxlama nəticəsində isə təmiz çəkisi 0,060 qram olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 17-09-2024, 11:14