mobil versiya

XİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib



Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:
"20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik!
Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edir, qazilərimizə Allahdan şəfa diləyirik.
Yaşasın Azərbaycan!" 🇦🇿🇦🇿🇦🇿

KARUSEL / GÜNDƏM
Tarix: 20-09-2024, 08:51