mobil versiya

Son iki gündə 31,6 kiloqramdan artıq narkotik vasitə aşkar edilib



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 21-də və 22-də ümumi çəkisi 31,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə DİN mətbuat xidmətindən bildirilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 27,3 kiloqramdan çox marixuana, 1,6 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 662 ədəd metadon həbi olub.
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 12:18