Son iki gündə 31,5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb
Polis əməkdaşlarının aprelin 29-da və 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,4 kiloqramdan artıq heroin, 23 kiloqramdan çox marixuana, 3 kiloqramdan çox metamfetamin və 2475 ədəd güclü təsiredici xassəyə malik həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 1-05-2023, 11:49