Bu il övladlığa verilən uşaqların sayı məlum olub
Bu ilin ötən dövründə 123 uşaq övladlığa verilib, onlardan 1 nəfəri (oğlan) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, övladlığa verilənlərdən 59 nəfəri oğlan, 64 nəfəri qızdır.
Qeyd edilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. 2
2024-cü il ərzində Agentlik tərəfindən 604 belə monitorinq həyata keçirilib.
Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 78-i qız, 98-i oğlan olmaqla 176 uşaq öz ailələrinə qaytarılıb.(apa)
KARUSEL / CƏMİYYƏT

Tarix: 26-09-2024, 13:57