Bu şəxslər 10 ildən 15 ilədək azadlıqdan məhrum ediləcək
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilib.
Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında müvafiq qanun layihəsi parlamentin oktyabrın 22-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihədə Məcəlləyə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilib. Bu dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.
Təklif olunan dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
KARUSEL / CƏMİYYƏT

Tarix: 22-10-2024, 12:07