Modi BRİKS sammitində Çin lideri ilə ikitərəfli danışıqlar aparıb
Hindistanın baş naziri Narendra Modi və Çin prezidenti Xi Jinping çərşənbə günü, ölkələri mübahisəli sərhədləri ilə bağlı razılaşma əldə etdikdən bir neçə gün sonra, beş ildə ilk ikitərəfli görüşlərini keçirib.
Reportyor.az bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmisinə istinadla xəbər verir.
Bildirilir ki, görüş Rusiyanın Kazan şəhərində prezident Vladimir Putinin ev sahibliyi etdiyi BRİKS ölkələrinin üç günlük toplantısı çərçivəsində baş tutub.
KARUSEL / DÜNYA
Tarix: 23-10-2024, 17:02