BMT baş katibi: "UNRWA-ya alternativ yoxdur"
BMT-nin Fələstinli Qaçqınlar üzrə Təşkilatı UNRWA-nın (BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) İsraildə fəaliyyətini qadağan edən qanunun icrası İşğal olunmuş Fələstin ərazilərində fələstinli qaçqınlar üçün dağıdıcı nəticələrə səbəb ola bilər ki, bu da qəbuledilməzdir.
Reportyor.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres deyib.
"UNRWA-ya alternativ yoxdur. Bu qanunların icrası İsrail-Fələstin münaqişəsinin həlli və bütövlükdə regionda sülh və təhlükəsizlik üçün zərərli olacaq. Daha əvvəl dediyim kimi, UNRWA əvəzolunmazdır”.
Quterreş məsələni 193 üzvdən ibarət BMT Baş Assambleyasının diqqətinə çatdıracağını bildirib.
KARUSEL / DÜNYA
Tarix: 29-10-2024, 09:28