Normativ tələblərə cavab verməyən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Astara şəhəri, H.Əliyev küçəsində yerləşən, Şahvəliyev Anar Bayraməli oğluna məxsus “Ton-Ton” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Baxış zamanı iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin normativ texniki tələblərə cavab vermədiyi, işçinin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-11-2024, 11:04