Rusiyanın hipersəs raketləri olan freqatı La-Manş boğazında təlimlər keçirir
Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni nəsil hipersəs qanadlı raketləri ilə təchiz edilmiş freqatı La-Manş boğazında təlimlər keçirib və Atlantik okeanında tapşırıqları yerinə yetirir.
Reportyor.az xəbər verir ki, bu barədə Rusiyanın TASS dövlət agentliyi məlumat yayıb.
Bildirilir ki, freqatın ekipajı "Zirkon" (Tsirkon) hipersəs gəmi əleyhinə raketləri ilə təchiz edilib, terrorla mübarizə təlimləri və təhlükəli hədəflərdən yayınma üzrə təlimlər keçirib.
KARUSEL / DÜNYA
Tarix: 12-11-2024, 09:57