mobil versiya

İran, Rusiya və Oman hərbi dəniz qüvvələri Hind okeanında təlimlər keçirəcək





Rusiya və Oman donanmaları İranın Hind okeanında ev sahibliyi edəcəyi dəniz təliminə hazırlıq məqsədilə İran Hərbi Dəniz Qüvvələrinə qoşulub.

Reportyor.az xəbər verir ki, İranın dövlət mediasıbu barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, İran ordusunun və İran İnqilab Keşikçiləri Korpusunun elit qüvvələrinin hərbi dəniz donanmasının helikopterləri və gəmiləri Rusiya və Oman donanmalarını İranın ərazi sularına daxil olarkən qarşılayıb.

Önümüzdəki günlərdə başlanacaq təlimlər regionda gərginliyin artdığı bir vaxta təsadüf edir və İsrail oktyabrın 1-də İsrailin Hizbullah və HƏMAS-a qarşı kampaniyalarına cavab olaraq İranın atdığı raket zərbələrinə cavab verəcək.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 16:03