mobil versiya

İran generalı ABŞ-a xəbərdarlıq edib – “Eyni şəkildə cavab verəcəyik”


"ABŞ İranın neft tankerlərini ələ keçirərsə, buna eyni şəkildə cavab verəcəyik".
"AzPolitika.info" xəbər verir ki, bunu İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Ramazan Şərif Qumda keçirilən tədbirdə çıxış edərkən deyib.
"İranın ABŞ-ın istənilən hərəkətinə, o cümlədən bizim gəmilərimizi ələ keçirməsinə cavab vermək və onların gəmilərini ələ keçirmək gücü var. ABŞ-ın bütün addımlarına qarşı lazımi tədbirlər görəcəyik", - deyə o, bildirib.
Qeyd edək ki, ABŞ vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və bu gəmilərdəki nefti hərracda satışa çıxarır. İran isə öz növbəsində Fars körfəzi ətrafında neft daşıyan tankerlərə dəniz qaydalarına əməl etmədikləri əsası ilə müdaxilə edir.
ABŞ İranın bu müdaxilələrinin qarşısnı almaq üçün Yaxın Şərqə təxminən 3000 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu göndərib.

KARUSEL / DÜNYA
Tarix: 8-08-2023, 15:03