mobil versiya

İran ordusu PUA-ların iştirakı ilə genişmiqyaslı təlimlərə başlayır



İran slahlı qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) da cəlb edilməsi ilə, genişmiqyaslı təlimlər keçirməyi planlaşdırır. 
“AzPolitika.info” İran mətbuatına istinadla xəbər verir ki, bu təlimdə İran silahlı qüvvələrin dörd qolunun, yəni ordu, hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin hərbçiləri iştirak edəcək.
“Tasnim” agentliyi xəbər verir ki, təlimlər İranın mərkəzi və cənubunda keçiriləcək. Təlimlərə çox sayda PUA-nın cəlb ediləcəyi xəbər verilib.

KARUSEL / DÜNYA
Tarix: 2-10-2023, 16:07