Bu ilin on ayında sığortaedənlərin sayı 4,49 faiz artıb
Bu ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 90 min 128 vahid və ya 4,49 faiz artaraq 2 milyon 99 min 537 vahid təşkil edib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 14 min 835, fiziki şəxslər üzrə 66 min 117, torpaq mülkiyyətçiləri üzrə isə 9 min 176 vahid artıb.
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 11:41