Qeydiyyata alınan sığortaolunanların sayı 5 milyondan çox olub
Bu ilin aprel ayında fərdi uçot sistemində qeydiyyata alınmış sığortaolunanların sayı 15,6 min nəfər və ya 0,31 faiz artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, 2024-cü il mayın 1-dək qeydiyyata alınmış sığortaolunanların sayı 5,04 milyon nəfər təşkil edib.
KARUSEL / SOSİAL
Tarix: 23-05-2024, 10:32