mobil versiya

Vergiödəyicilərinin sayı 7 faizdən çox artıb



Cari ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 537 min 952 vergiödəyicisinin 87,3 faizini fiziki şəxslər, 12,7 faizini isə hüquqi şəxslər təşkil edib.
Dövlət Vergi Xidməti xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 8 faiz artıb.
Sahibkarların uçot məlumatlarının düzgünlüyünün təmin edilməsi və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahədə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib.
Bu ilin aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 min 134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-04-2024, 17:35