mobil versiya

AYNA "Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlayıb



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlanıb.

Reportyor.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Ərazidə turbo tipli dairə inşa olunacaq. 
Layihə həyata keçirildikdən sonra:
̶ münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;
̶ dairənin buraxılış qabiliyyəti artırılacaq;
̶ hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
̶ piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkət kanallaşdırılacaq, zəruri olan yol nişanları və nişanlanma xətləri təşkil ediləcək.




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:46