mobil versiya

Xəstəxanada ölən şəxslə bağlı cinayət işi başlanılıb



Sağlamlığına ağır xəsarət yetirilən şəxsin müalicə olunduğu xəstəxanada ölməsi faktı üzrə cinayət işi başlanılıb.

Reportyor.az xəbər verir ki, bu barədə baş prokurorluq məlumat yayıb.

Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənlinin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. 
Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-12-2024, 10:29