Ölkə üzrə gələn il yaşayış minimumu 285 manat olacaq
2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.
Qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 16-12-2024, 12:14