mobil versiya

2025-ci ilin dövlət büdcəsi qəbul edilib - Gəlirlər 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq



Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.


Reportyor.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən isə, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.
Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılıb.

MANŞET / KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-12-2024, 11:45