Konqo çayında gəmi batıb, azı 22 nəfər ölüb
Konqo Demokratik Respublikasının qərbində çay qayığı batması nəticəsində ən azı 22 nəfər ölüb.
Reportyor.az xəbər verir ki, köhnə, taxta gəmilərin kəndlər arasında əsas nəqliyyat növü olduğu və tez-tez tutumundan çox yükləndiyi Konqoda qayıq qəzaları çox olur.
Yerli rəsminin dediyinə görə, qayıq çərşənbə axşamı qərbi Mai-Ndombe əyalətində batdığı zaman içərisində 100-ə yaxın sərnişin olub. Həlak olanlar arasında 15 qadın, beş kişi və iki uşaq var.
“Daha təhlükəsiz, metal qayıqlarımız olana qədər, gəmilərimiz qəzaya uğramağa davam edəcək. Mai-Ndombe sularında minlərlə belə taxta var" -
Lebon qubernatoru Nkoso Kevani məlumat verib.
O, əlavə edib ki, əyalət rəsmilərindən ibarət bir qrup araşdırma aparmaq üçün əraziyə göndərilib və çoxlu sərnişinin fəlakətdən sonra sahilə qaçdığına inanılır.
Oktyabr ayında Konqo Demokratik Respublikasının şərqindəki Kivu gölündə 278 sərnişini daşıyan qayığın çevrilməsi nəticəsində azı 78 nəfər boğularaq həlak olmuşdu.
Mai-Ndombe əyalətinin senatoru Aniset Babanqa çərşənbə günü Reuters-ə bildirib ki, son qəzada 30-a yaxın adam sağ qalıb və digər sərnişinlərin taleyini müəyyən etmək üçün axtarış aparılır.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:29