mobil versiya

Ağdamda yeni yaşayış binaları tikiləcək - 23,7 milyonluq LAYİHƏ



Ağdam rayonunda yeni yaşayış binaları inşa olunacaq.

Bu barədədövlət satınalmalarının vahid internet portalında məlumat verilib.
Belə ki, Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binaları tikiləcək.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 23,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.(trend)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:16