Las Vegas Cybertruck şübhəlisi partlayışı planlaşdırmaq üçün ChatGPT-dən istifadə edib
Yeni il günü Las-Veqasdakı Tramp Beynəlxalq otelinin qarşısında partlayan Tesla Cybertruck-un şübhəli sürücüsü partlayışı planlaşdırmaq üçün məşhur ChatGPT chatbotundan istifadə edib.
Reportyor.az xəbər verir ki, bu barədə rəsmilər jurnalistlərə bildirib.
Səlahiyyətlilər, şübhəlinin partlayışı törətmək üçün nə qədər partlayıcıya ehtiyac olduğunu öyrənmək üçün ChatGPT-dən istifadə edib.
Keçən həftə səlahiyyətlilər, Cybertruck-də ölü tapılan şəxsin Kolorado Sprinqsdən olan 37 yaşlı aktiv ordu əsgəri Metyu Livelsberger olduğunu müəyyənləşdirib və onun tək hərəkət etdiyini söyləyib. FTB hadisənin intihar hadisəsi olduğunu deyir.
Las-Veqas Böyükşəhər Polis İdarəsi bildirib ki, Cybertruck partlayışı ABŞ ərazisində ChatGPT-nin partlayıcı qurğunun hazırlanması üçün istifadə edildiyi ilk hadisədir.
Süni intellektin tənqidçiləri onun zərərli məqsədlər üçün istifadə oluna biləcəyini və Las Veqas hücumunun bu tənqidi daha da gücləndirə biləcəyini xəbərdar etdilər.
Las Vegas Metropolitan Polis Departamentinin şerifi Kevin McMahill mətbuat konfransında deyib: "Xüsusi qeyd edək ki, şübhəlinin hücumunu planlaşdırmağa kömək etmək üçün ChatGPT süni intellektindən istifadə etdiyinə dair bu işdə də aydın sübutlarımız var. Bu, ABŞ ərazisində ChatGPT-nin fərdin müəyyən bir cihaz qurmasına kömək etmək üçün istifadə edildiyini bildiyim ilk hadisədir".
ChatGPT xəbərdarlıqları
ChatGPT istehsalçısı OpenAI, şirkətin məsuliyyətlə istifadə olunan süni intellekt alətlərini görməyə sadiq olduğunu və "modellərinin zərərli təlimatları rədd etmək üçün hazırlandığını söyləyib.
"Bu halda, ChatGPT artıq internetdə açıq olan məlumatlarla cavab verib və zərərli və ya qeyri-qanuni fəaliyyətlərə qarşı xəbərdarlıq edib" deyə şirkət Axios tərəfindən verilən açıqlamada deyilir.
Federal Təhqiqatlar Bürosu Nyu Orleanda ondan çox insanın ölümünə səbəb olan yük maşını hücumu ilə yeddi nəfərin yüngül xəsarət almasına səbəb olan Cybertruck partlayışı arasında qəti əlaqə olmadığını deyir.
Onlar əlavə ediblər ki, şübhəli ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı heç bir ədavəti yoxdur və ehtimal ki, travma sonrası stress pozğunluğu var.
Polis bildirib ki, Livelsbergerin telefonunda səlahiyyətlilərin araşdırdığı altı səhifəlik manifest var.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 11:50