Türkiyə Suriya daxilində 2013-cü ildə partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb
Türkiyənin kəşfiyyat idarəsi Suriya daxilində transsərhəd əməliyyat keçirib və 2013-cü ildə Suriya sərhədi yaxınlığında onlarla insanın ölümünə səbəb olan bombalı hücumu törətməkdə şübhəli bilinən bir şəxsi ələ keçirib.
Reportyor.az xarici mediaya istinadla xəbər verir ki, 2013-cü il mayın 11-də Hatay vilayətinin Reyhanlı sərhəddində iki minalanmış avtomobilin partladılması nəticəsində 53 nəfər həlak olub. O zaman Türkiyə Suriyanın o zamankı prezidenti Bəşər Əsədə sadiq bir qruplaşmanı hücumları törətməkdə ittiham etmişdi, Dəməşq hər hansı əlaqəni təkzib edib.
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) hücumu planlaşdırmaqda və bombaları təmin etməkdə şübhəli bilinən Məhəmməd Dib Koralinin Suriya daxilində olduğunu müəyyən edib. Mənbə əlavə edib ki, MİT onu Suriyaya keçirdiyi sərhəd əməliyyatı zamanı ələ keçirərək Hatay polisinə təhvil verib.
2013-cü ildə bombalı hücumu planlaşdırdığı üçün ömürlük həbs cəzasına məhkum edilən türk əsilli Yusuf Nazik də 2018-ci ildə MİT tərəfindən Suriya daxilində ələ keçirilib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:32