mobil versiya

Bütün hesablar alt-üst oldu - ABŞ-dəki yanğının maliyyə zərəri 3 dəfə artıb


ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində başlayan və güclü külək səbəbindən sürətlə yayılan yanğınindiyədək 37 min hektardan çox ərazini məhv edib.

Xarici KİV-lər xəbər verir ki, yanğınlarda 12 mindən çox tikili zədələnib və ya yararsız hala düşüb. Təxminən 150000 nəfərin təxliyəsi barədə göstəriş verilib, yanğınlarda ən azı 24 nəfər həyatını itirib.
Yanğınsöndürənlər ölümcül yanğınlarla təxminən bir həftə mübarizə apardıqdan sonra müsbət məlumatlar versələr də, rəsmilər heç də nikbin deyillər. Səlahiyyətlilər bu həftə təsirli olacağı gözlənilən küləklərin yanğın bölgəsində fəlakətin miqyasının arta biləcəyinə diqqət çəkiblər.
Yanğınlar hələ tam nəzarət altına alınmadığından onların vurduğu ziyan və itkilər günü-gündən artır. Analitiklər yanğınların ümumi iqtisadi itkisinin milyardlarla dollar olacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, qlobal hava proqnozu xidməti olan “AccuWeather” Los-Ancelesdəki yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərlə bağlı təxminlərini artırıb. Ümumi zərərin və iqtisadi itkilərin 135 milyard ilə 150 milyard dollar arasında ola biləcəyi təxmin edilir. Xatırladaq ki, “AccuWeather” keçən həftə yanğınların maliyyə baxımdan vuracağı zərərin 52-57 milyard dollar arasında ola biləcəyini hesablamışdı.(AzPolitika.info”)

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:38