mobil versiya

Çindən malların daşınması üçün Orta dəhliz ən effektiv vasitədir - IRU baş katibi



Orta dəhliz Çindən Avropaya yüklərin daşınması baxımdan ən effektiv vasitədir.
Bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi Umberto de Pretto Türkdilli Dövlətlər Təşkilatının üzv-dövlətlərinin gömrük xidməti rəhbərlərinin 10-cu iclasında etdiyi çıxışda söyləyib.
“Biz anlayırıq ki, əsas hədəfimizə - Orta dəhlizin rəqabətədavamlı bir marşrut kimi gerçəkləşdirilməsi və iqtisadi tərəqqiyə nail olmaq üçün mövcud alətlərə söykənmək, onları mükəmməlləşdirmək və onlardan maksimum dərəcədə effektiv istifadə etmək önəmlidir. Mən deyərdim ki, son iki ildə az qala hər iclasda Orta dəhliz məsələsinə az-çox toxunulub. Misal üçün, mən sonuncu dəfə, COP29-da iştirak etmək üçün Bakıda olanda, Orta dəhlizin dayanıqlı inkişafı yollarına həsr olunmuş sessiya keçirmişdik. Bu son dərəcə önəmlidir və bizdə bunun üçün lazımı alətlər var.
Hətta Çində olanda belə, Orta dəhlizin Çin ticarəti üçün daha effektiv edilməsi ilə bağlı müzakirələrdə iştirak etmişəm. Bu yeni mövzu deyil. IRU-da ABŞ Ticarət Palatası ilə birgə araşdırma aparıb, 3 dəhliz vasitəsilən Çindən Avropaya yükdaşımalarının gerçəkləşdirilməsinin mümkünlüyünü və onlardan hansının daha effektiv olduğunu müəyyən etməyə çalışmışıq. Araşdırmanın nəticəsi açıq-aydın olub: Orta dəhliz ən effektiv (marşrutdur). Ən qısası və ən ucuzu da odur”, deyə Pretto bildirib.
Onun sözlərinə görə, Çindən olan malları Orta Dəhliz vasitəsilə daşıyıb, oradan limanla bazarın 60 faizinin cəmləşdiyi ABŞ-ın şərq sahillərinə çatdırmaq mümkündür.
“Ona görə, bu gün (bu iclasda) BMT-nin Avropa İqtisadi Komissiyasının iştirak etməsinə sevinirəm, çünki bu təkcə Türkdilli Dövlətlər Təşkilatına aid deyil, bu həm də bir qlobal məsələdir. Orta dəhlizdəki nailiyyətlərimiz bütövlükdə dünya ticarətinə təsir göstərəcək”, -deyə baş katib bildirib.(trend)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:36