mobil versiya

İran Trampın bölgəyə real yanaşmasına ümid edir



İran Donald Trampın rəhbərliyi altında yeni gələn ABŞ administrasiyasının realist yanaşmaya və region ölkələrinin maraqlarına hörmət göstərəcəyinə ümid edir.

Reportyor.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat brifinqində çıxışı zamanı deyib.

“Biz ümid edirik ki, ABŞ-ın [yeni] hökumətinin yanaşmaları və siyasətləri realist olacaq və beynəlxalq hüquqa və region xalqlarının, o cümlədən İran xalqının maraq və istəklərinə hörmətə əsaslanacaq”.

Bəqai Co Bayden administrasiyasını HƏMAS ilə müharibədə İsraili dəstəklədiyinə görə tənqid edib.

O, həmçinin Bayden administrasiyasının İranla nüvə razılaşmasını bərpa etməkdə ciddilik nümayiş etdirmədiyini söyləyib.


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:15