mobil versiya

Suriyanın Mənbic şəhərinin kənarında bomba yüklü avtomobil partlayıb, 15 nəfər ölüb



Suriyanın Mənbic şəhərinin kənarında bomba yüklü avtomobilin partladılması nəticəsində 15 nəfər ölüb.

Reportyor.az xəbər verir ki, bu barədə Suriyanın Mülki Müdafiəsi məlumat yayıb.

Suriyanın Mülki Müdafiəsi bildirib ki, bazar ertəsi Suriyanın şimalındakı Mənbic şəhərinin kənarında əsas yolda bomba yüklü avtomobilin partlaması nəticəsində 14 qadın və bir kişi ölüb, 15 qadın yaralanıb. Onların hamısı kənd təsərrüfatı işçiləridir.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:39