mobil versiya

Badmintonçumuz İranda gümüş medal qazanıb




Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.

Reportyor.az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan 21 yaşlı milli üzvü finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.
Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib. Oyun turnirin reytinq favoriti olan rəqibin 2:0 (21:17, 21:14) hesablı qələbəsi ilə başa çatıb.
Keişa Fatimə Zəhra hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.

KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:01