Qida məhsullarının qablaşdırılması müəssisəsində nöqsanlar aşkarlanıb
![](/uploads/posts/2025-02/1738929544_1738929446062.png)
Nərimanov rayonu, Bakı-Batumi küçəsində yerləşən, fiziki şəxs Rüstəmova Sevinc Hüseyn qızına məxsus dənli bitkilərin və yarmaların qablaşdırılması müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib.
Reportyor.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və emal zamanı normativ tələblərin pozulduğu aşkarlanıb.
Baxış zamanı “Ruzum” əmtəə nişanlı məhsulların etiket məlumatlarında bir sıra nöqsanlar müəyyən edilib. Belə ki, məhsulun qida və enerji dəyəri, yararlılıq müddəti, istehsalçısı barədə yanlış məlumatlar qeyd edilib.
Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
![](/uploads/posts/2025-02/1738929582_1738929549442.png)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:19