Ədviyyatların qablaşdırılması müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Rustavi küçəsi, 20-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Manafov Zaur Tofiq oğluna məxsus müxtəlif növ ədviyyatların qablaşdırılması müəssisəsində planlı yoxlama keçirib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-08-2024, 16:44