Kreml: Rusiyanın baş diplomatı, Putinin köməkçisi Ər-Riyadda ABŞ-Rusiya əlaqələrinin bərpasını müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin xarici siyasət müşaviri Yuri Uşakov çərşənbə axşamı ABŞ-Rusiya münasibətlərinin bərpasına dair Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə danışıqlarda iştirak edəcəklər.
Reportyor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
O, deyib ki, görüş həm də Ukrayna üzrə mümkün sülh danışıqlarına hazırlıq məsələlərinə həsr olunacaq.
O əlavə edib ki, Lavrov və Uşakov bazar ertəsi Ər-Riyada uçacaqlar.
Peskov Putin və ABŞ prezidenti Donald Trampın bu ayın sonunda Səudiyyə Ərəbistanında üz-üzə görüşəcəkləri sualına şərh verməkdən imtina edib.
KARUSEL / DÜNYA
Tarix: 17-02-2025, 13:49