mobil versiya

Putin fevral ayında Türkiyəyə səfər edəcək



Rusiya Prezidenti Vladimir Putinin fevral ayında Türkiyəyə səfər edəcəyi rəsmən təsdiqlənib.
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yanvarın 29-da jurnalistlərə açıqlamasında bildirib.
“Bəli, səfərə hazırlıq görülür”, - o vurğulayıb. Y.Uşakov səfərin fevralda reallaşacağını da təsdiqləyib.
Bir müddət əvvəl V.Putinin fevralda Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.(report)

KARUSEL / DÜNYA
Tarix: 29-01-2024, 17:41