mobil versiya

17 və 24 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib








Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

17 nömrəli marşrut:
“Nəriman Nərimanov” metrostansiyası istiqamətində – Fətəli xan Xoyski küçəsi → Əhməd Rəcəbli küçəsi → Təbriz küçəsi (“Nəriman Nərimanov” metrostansiyası) → Əhməd Rəcəbli küçəsi (son dayanacaq).
Yeni Yasamal istiqamətində – Əhməd Rəcəbli küçəsi (son dayanacaq) → Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) → Əhməd Rəcəbli küçəsi → Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edir.

24 nömrəli marşrut:
 “Nəriman Nərimanov” metrostansiyası istiqamətində – Ziya Bünyadov prospekti → Əhməd Rəcəbli küçəsi → Uluqbəy küçəsi → Ağa Nemətulla küçəsi → Təbriz küçəsi (son dayanacaq);
 Qaraçuxur istiqamətində – Təbriz küçəsi (son dayanacaq) → Əhməd Rəcəbli küçəsi → Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.

Sərnişinlərdən marşrut dəyişikliyini nəzərə almaq xahiş edilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-02-2025, 10:13