mobil versiya

Bakıda 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib



Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 2-5 avqust 2024-cü il tarixlərində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəlixan Xoyski küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA məlumat yayıb.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 199 və M8 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Hacıbəyli küçəsi və Vaqif prospekti ilə təşkil edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 2-08-2024, 12:25