mobil versiya

Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq məhdudiyyət qoyulub



Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 17 iyul 2024-cü il tarixində Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. 

 Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.

Tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 39, 96 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq küçəsi  ilə təşkil edilib.

KARUSEL / ÖLKƏ
Tarix: 17-07-2024, 16:35