BƏƏ 1,58 milyard dollar dəyərində beş müdafiə müqaviləsi imzalayıb

BƏƏ silahlı qüvvələri və Əbu-Dabi polisi üçün müdafiə və təhlükəsizlik satınalma orqanı olan BƏƏ Tawazun Şurası Əbu-Dabidəki sərgilərdə 5,8 milyard dirhəm (1,58 milyard dollar) dəyərində beş müqavilə imzalayıb.
Reportyor.az xəbər verir ki, bu barədə nazirliyin X sosial media platformasındakı paylaşımında deyilir.
Sövdələşmələr yerli və beynəlxalq şirkətlərlə imzalanıb.
(1 ABŞ dolları = 3,6728 BƏƏ dirhəmi)
KARUSEL / DÜNYA
Tarix: 19-02-2025, 10:39