mobil versiya

Səudiyyə layihəsi Yəməndə husilərin 861 minasını təmizləyib






Səudiyyə Ərəbistanının “Masam” layihəsinin üzvləri keçən həftə Yəmənin müxtəlif bölgələrindən 861 partlayıcı qurğu çıxarıb.

Reportyor.az xəbər verir ki, son hesabata görə, ümumilikdə beş piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 810 partlamamış hərbi sursat və iki partlayıcı qurğu daxil idi.

Təşəbbüsün idarəedici direktoru Ousama Əl-Qosaibi bildirib ki, 2018-ci ildən bəri 482 637 mina təmizlənib.

Partlayıcı maddələr ayrı-seçkilik olmadan yerləşdirilib və mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar üçün təhlükə yaradıb.

Minatəmizləmə əməliyyatları Marib, Aden, Jouf, Shabwa, Taiz, Hodeidah, Lahic, Sanaa, Al-Bayda, Al-Dhale və Saada şəhərlərində aparılıb.

Bu təşəbbüs yerli minatəmizləmə mühəndislərini hazırlayır və onları müasir avadanlıqlarla təmin edir. O, həmçinin cihazlardan yaralanan yəmənlilərə dəstək təklif edir.

Komandalara mülki şəxslərin təhlükəsiz hərəkətini və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün kəndləri, yolları və məktəbləri təmizləmək tapşırılıb.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:26