DİN: "Kriptovalyuta dələduzluğuna qarşı diqqətli olun"

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları kriptovalyuta dələduzluğuna qarşı diqqətli olmağa səsləyib.
Reportyor.az xəbər verir ki, bu barədə DİN məlumat paylşıb.
Məlumatda deyilir:
•Tanımadığınız şəxslərdən kriptovalyuta qazancı ilə bağlı gələn təkliflərə qarşı diqqətli olun.
•Kriptovalyuta ilə əlaqədar layihələrin və mənbələrin doğruluğunu yoxlayın.
•Təhlükəsiz elektron pulqabı və platformalardan istifadə edin.
•Platformalarda aktivlərinizi qorumaq üçün mürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə edin.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:31