mobil versiya

Rusiya və ABŞ diplomatları sabah İstanbulda görüşəcək




Rusiya və ABŞ diplomatları iki ölkə səfirliklərinin fəaliyyətindəki sistem problemlərini müzakirə etmək üçün cümə axşamı İstanbulda görüşəcəklər.

Reportyor.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Belə bir görüş sabah İstanbulda baş tutacaq. Düşünürəm ki, onun nəticələri bizim nə qədər tez və effektiv irəliləyə biləcəyimizi göstərəcək”, - Lavrov çərşənbə günü Qətərə rəsmi səfəri zamanı deyib.
KARUSEL / DÜNYA
Tarix: 26-02-2025, 15:52