mobil versiya

Səudiyyə Ərəbistanı və ABŞ diplomatları Ər-Riyadda danışıqlar aparır



Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ilə nazirliyin Ər-Riyaddakı mənzil-qərargahında görüşüb.

Reportyor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

ABŞ rəsmisinin əvvəllər planlaşdırılan Ər-Riyada səfəri çərşənbə axşamı Ər-Riyadın Ukrayna ilə bağlı ABŞ-Rusiya danışıqlarına ev sahibliyi etdiyi vaxta təsadüf edir.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Mike Waltz və Yaxın Şərq üzrə elçi Stiv Vitkoff bazar ertəsi krallığın paytaxtına gələrək Rusiya nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Rubioya qatılacaqlar. Kremlin məlumatına görə, xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin xarici siyasət müşaviri Yuri Uşakov iştirak edəcək.
KARUSEL / DÜNYA
Tarix: 17-02-2025, 17:16