Səudiyyə Ərəbistanı müsəlmanları fevralın 28-də hilalı görməyə çağırıb

Səudiyyə Ərəbistanının Ali Məhkəməsi müsəlmanları fevralın 28-i cümə günü axşam saatlarında Ramazan ayının hilalını görməyə çağırıb.
Tarix İslam hicri təqvimi ilə 1446-cı il şaban ayının 29-na uyğun gəlir.
Reportyor.az xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.
“Ali Məhkəmə onu (ayı) adi gözlə və ya durbinlə görən hər kəsdən ən yaxın məhkəməyə məlumat verməsini və ifadələrini qeydiyyata almasını və ya ən yaxın məhkəməyə çatmaqda köməklik göstərmək üçün ən yaxın mərkəzlə əlaqə saxlamasını xahiş edir”.
Cümə günü axşam məğrib və ya gün batdıqdan sonra ay görünsə, Ramazan ayı martın 1-də başlayacaq. Lakin hilal görünməsə, müqəddəs ay martın 2-də başlayacaq.
Ramazan ayı İslam hicri-qəməri təqviminin doqquzuncu ayıdır və müsəlmanlar üçün ən müqəddəs ay hesab olunur.
Ramazan ayında müsəlmanlar səhərdən gün batana qədər yemək, içki, siqaret və digər fiziki ehtiyaclardan çəkinərək oruc tuturlar. Gün batanda iftar adlanan yeməklə iftar, orucun başlamazdan əvvəl sübh yeməyinə isə sahur deyilir.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:19