mobil versiya

Azərbaycanda ipoteka kreditləri üzrə standartların sərtləşməsi davam edib



2024-cü ilin IV rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib.


Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Məlumata görə, sərtləşmə bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə - əsasən kreditlərin maya dəyərinin artımı formasında olub. İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilən ipoteka kreditləri üzrə standartlarda isə dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm Fondun hesabına, həm də daxili ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını gözləyir.
Ötən ilin III rübündən fərqli olaraq IV rübdə ipoteka kreditlərinə tələb artıb. Respondentlərin cavablarına görə tələbdəki artım dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə müşahidə olunub.
Banklar IV rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələr üzrə evləri kütləvi satışa çıxarmasını tələbin artmasına təsir göstərən faktor kimi qeyd edib. Banklar növbəti rübdə dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə azalma olacağı qənaətindədirlər.
Banklar ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital mövqeyi və maliyyələşmə dəyəri sərtləşdirici təsir göstərən faktor kimi qiymətləndirib. Bütövlükdə, bankların ipoteka portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyi gözlənilir.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:21