mobil versiya

Azərbaycan bankları biznes kreditlərinə tələbin artacağını proqnozlaşdırır


Azərbaycan bankları bu ilin I rübündə biznes kreditlərinə tələbdə artım proqnozlaşdırırlar.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Banklar 2023-cü ilin ilk 3 ayında biznes kreditləri üzrə tələbin 16 %, o cümlədən mikro kreditlər üzrə tələbin 16 %, kiçik və orta sahibkarlıq (KOS) kreditləri üzrə tələbin 14 %, iri biznes kreditləri üzrə tələbin isə 8 % artacağını gözləyir.
Eyni zamanda, banklar iri sahibkarlıq subyektlərinə verilən kreditlər istisna olmaqla, biznes kreditləri üzrə standartlarda yumşalmaların davam edəcəyini bildirib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-03-2023, 14:37