mobil versiya

VMF-dən saat oğurlayan çinlilərin məhkəməsi keçirilib



Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bonun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.

Reportyor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verilib.

Məhkəmənin baxış iclası 12 marta təyin olunub.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.
Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla talayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.


KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 13:28