mobil versiya

“Neftçi”nin futbolçusu iki oyunluq cəzalandırılıb



AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Reportyor.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Zirə” – “Araz-Naxçıvan” matçında ev sahibi komandadan 5 futbolçu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

Həmçinin “qartallar”ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” daha 500 manat ziyana düşüb.
“Neftçi” – “Kəpəz” matçının 58-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub isə 1500 manat cərimələnib.


KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:43