Litva səfiri görüşlər keçirib

Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.
Reportyor.az xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesabında məlumat yayıb.
Görüşdə Litva-Azərbaycan dostluğunun və ikitərəfli gündəliyin inkişafı perspektivləri, Aİ-Azərbaycanın ümumi strateji prioritetləri, geniş regionda geosiyasi vəziyyət barədə müzakirələr aparılıb.

KARUSEL / SİYASƏT
Tarix: Dünən, 19:06